Ağstafada 16 yaşlı oğlanı avtomobil vuraraq öldürüb
    • 11-10-2022, 22:15
    • 262

Ağstafada 16 yaşlı oğlanı avtomobil vuraraq öldürüb

Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu "Mercedes" markalı avtomobil vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./"Report"/