Edin Ceko hakimin üzünə tüpürdü - VİDEO
    • 31-01-2019, 10:38
    • 830

Edin Ceko hakimin üzünə tüpürdü - VİDEO

İtaliya kubokunun 1/4 finalı çərçivəsində keçirilən “Fiorentina” - “Roma” oyununda xoşagəlməz hadisə yaşanıb. 

Qarşılaşmanın 72-ci dəqiqəsində “Roma”nın hücumçusu Edin Ceko oyunun baş hakimi Canluka Manqanyellonun üzünə tüpürüb. 

Buna səbəb hakimin Cekonun rəqib oyunçuya qarşı hərəkətini qayda pozuntusu kimi qiymətləndirməsi olub. Ceko hakimin qərarına etiraz olaraq, bu addımı atıb. 

Qarşılaşmanın baş hakimi hücumçunun bu hərəkətindən sonra ona birbaşa qırmızı vərəqə göstərərək, meydandan qovub. 

Əgər Cekonun bu hərəkəti qarşılaşmanın nəticə hesabatında yer alsa, onu diskvalifikasiya gözləyir.

Xatırladaq ki, qarşılaşma “Fiorentina”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.