Dünya Kuboku: Azərbaycanın daha bir gimnastı finala yüksəlib
    • 2-03-2023, 19:54
    • 178

Dünya Kuboku: Azərbaycanın daha bir gimnastı finala yüksəlib

Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala yüksəlib.

Federasiyadan News24.az-a verilən məlumata görə, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.

Gimnast bu nəticə ilə adını finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.