Gürcüstan parlamenti qarşısında etiraz aksiyası - Saxlanılanlar var
    • 3-03-2023, 09:49
    • 200

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası - Saxlanılanlar var

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyasında “Xarici agentlər haqqında” qanun layihəsinə baxılması və qəbul edilməsinə qarşı çıxan 36 nəfər saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə "İmedi" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Vətəndaşların inzibati məcəllənin xırda xuliqanlıq və polisin əmrinə tabe olmama maddələri ilə saxlanıldığı bildirilir.

Qeyd edək ki, Gürcüstan parlamentinin qarşısındakı etiraz aksiyası ötən gündən başlayıb. Buna səbəb deputatların "xarici təsir agentləri" haqqında qanun layihəsinin iki variantını nəzərdən keçirməyə başlaması olub.