-
- 3-03-2023, 10:30
- 317
Argentina və Böyük Britaniya arasında ada mübahisəsi ALOVLANDI
Argentina və Böyük Britaniya arasında Folklend adaları ilə bağlı mübahisə yenidən alovlanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Argentinanın xarici işlər naziri Santyaqo Kafieronun adaların mülkiyyətinə dair danışıqları bərpa etmək təklifi olub.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin argentinalı həmkarına cavabı isə gecikməyib.
Britaniyalı nazir "Twitter" hesabında "Folklend adaları Britaniyanındır. Adaların sakinləri öz gələcəkləri ilə bağlı qərar vermək hüququna malikdirlər. Onlar Britaniyanın Dənizkənarı Ərazisi olaraq qalmağı seçiblər" - deyə bildirib.
Teymur MƏMMƏDOV