Madonna "Eurovision"da çıxış etməyəcək? - AÇIQLAMA
    • 14-05-2019, 18:14
    • 1 272

Madonna "Eurovision"da çıxış etməyəcək? - AÇIQLAMA

Dünya şöhrətli müğənni Madonnanın mayın 18-i İsrailin Tel-Əviv şəhərində baş tutacaq "Eurovision 2019" mahnı müsabiqəsində səhnəyə çıxması sual altındadır.

Bu barədə News24.az-a Avropa Yayımları Birliyinin (EBU) icraçı direktoru Yan Ola Sand məlumat verib:

"Madonnanın final günü səhnəyə çıxacağı ilə bağlı rəsmi məlumat verməmişik. Çünki aramızda müqavilə imzalanmayıb.  Hazırda danışıqlar davam etdirilir. İmza yoxdursa, deməli, bu, baş tutmayacaq. Müsabiqədə böyük məmnuniyyətlə səhnəyə çıxmaq istəyən sənətçi var. Bu, müqaviləsiz alınmayacaq.

Teymur MƏMMƏDOV