Gimnastımız Dünya Kubokunda bürünc medal qazandı
    • 4-03-2023, 00:54
    • 179

Gimnastımız Dünya Kubokunda bürünc medal qazandı

Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında üçüncü nəticə göstərib.