-
- 25-04-2022, 14:42
- 449
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirildi - FOTOLAR
Aprelin 24-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kuboku başa çatıb.
News24.az xəbər verir ki, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib.
Komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinanın final çıxışı 32.850 xal toplayaraq birinci yeri tutub.
İtaliya komandası 32,450 xalla gümüş, İsrail gimnastları isə 32,050 xalla üçüncü olublar.
Həmçinin FIG Dünya Kubokunda üç lent və iki topla qrup hərəkətləri proqramı üzrə birinci yeri İtaliyanı təmsil edən komanda (30,400 xal) tutub.
İkinci yeri Yaponiya komandası (28,250 xal), üçüncü yeri Qazaxıstan komandası (26,650 xal) tutub.
Azərbaycan komandası 24,750 xalla beşinci yerdə qərarlaşıb.
Bolqarıstan təmsilçisi Boryana Kaleyn Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunda lentlə və topla hərəkətdə qızıl medal qazanıb.
Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda halqa ilə hərəkətlərdə birinci yeri İtaliya təmsilçisi Sofiya Raffaelli tutub. İdmançı 34.900 xal toplayıb
Fotolar: Teymur Məmmədov