-
- 4-03-2023, 11:09
- 434
Azərbaycanda 3 nəfərin ölümünə səbəb olan şəxs: “Hadisə itə görə oldu”
Ötən ilin 9 fevral tarixində saat 12:45 radələrində Gəndob-Yalama yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində “Volvo” markalı TIR-la dəhşətli qəza törədən Rusiya vətəndaşı, 2000-ci il təvəllüdlü Azizov Abduljalil Elbrusoviç məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində A.Azizov Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha artıq şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə A.Azizov iddia edib ki, hadisədən bir neçə saniyə əvvəl idarə etdiyi yük maşınının qarşısına it çıxıb.
Bu səbəbdən qarşıdan gələn Gəndob istiqamətində hərəkətdə olan 1960-cı il təvəllüdlü Əfəndiyev Zəbişah Əbdülhəqq oğlunun idarə etdiyi “VAZ 21061, 1985-ci il təvəllüdlü Paşayev Cəbrayıl Elşad oğlunun idarə etdiyi “Opel Vectra” və 1987-ci il təvəllüdlü Nuriyev Tural Əjdər oğlunun idarə etdiyi “VAZ 211440” avtomobillərlə toqquşub və yük avtomobili yolun sol kənarına çıxaraq aşıb.
Qəza nəticəsində “VAZ 211440” markalı nəqliyyat vasitəsində olan sərnişinlər 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbaba oğlu və onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Babayeva Səlminaz Xudat qızı, eləcə də “VAZ 21061” markalı nəqliyyat vasitəsində olan sərnişin 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı ölüb, sürücülərsə ağır xəsarət alıblar.
Sürücü Azizov Abduljalil Elbrusoviç deyib ki, hadisə zamanı qəzanın baş verdiyi yerdən qaçmayıb: “Orada məni bir neçə nəfər “Toyota” markalı avtomobilə otuzdurdu. Onlar mənə dedilər ki, hadisə yerinə qəzaya düşən maşınlarda ölən şəxslərin yaxınları gəlib məni döyə bilərlər, ona görə sakitcə orada polislərin gəlməsini gözləyim”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Hakim Aynur Rzayevanın sədrlik etdiyi prosesin yekununda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası törətmiş rusiyalı sürücü 4 il sürücülük hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh BAĞIROV