Azərbaycanda 2 nəfərin ölümünə səbəb olan 20 yaşlı gənc sürücü İÇKİLİ OLUB
    • 3-02-2020, 15:47
    • 967

Azərbaycanda 2 nəfərin ölümünə səbəb olan 20 yaşlı gənc sürücü İÇKİLİ OLUB

2018-ci ilin iyun ayında Şamaxıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı cinayət işi yenidən araşdırılacaq.

News24.az-ın məlumatına görə, 2 nəfərin ölümünə, 3 nəfərin xəsarət almasına səbəb olan və hadisə vaxtı 20 yaşında olan sürücü Vasif Cabbarov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü, yəni. yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə açılan işə Ali Məhkəmədə baxılacaq. Müraciət hakim Əli Seyfəliyevin icraatına verilib.

Qeyd edək ki, 16 iyun 2018-ci il tarixində Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saat 4:00 radələrində yolun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Bundan əlavə sürücü, Göyçay sakini Vasif Cabbarov, Şamaxı sakinləri – sürücü Əflatun Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.