-
- 31-05-2019, 11:55
- 811
Azərbaycanda ana və körpə qızının ölümü ilə bağlı YENİ XƏBƏR
Mart ayında Ucarda ana və körpə qızını maşınla vurub öldürən sürücünün işə məhkəməyə göndərilib.
News24.az-ın məlumatına görə, Bakı-Qazax yolunun Ucardan keçən hissəsində idarə etdiyi “Hyundai Accent” ilə yolu keçən ana və qızını vuran Cavadov Rəşad Rəhim oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü, yəni 2 və ya daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə açılan işin ibtidai istintaqı yekunlaşıb.
İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hadisə vaxtı Rəşad Cavadovun idarə etdiyi “Hyundaı Accent” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vuraraq ölümlərinə səbəb olub. Hadisə vaxtı T. İsgəndərova övladı ilə birgə 1 il əvvəl vəfat etmiş atasının il mərasiminə getmək üçün Bakıdan kəndə gedirmiş.
Mətbuatda dəhşətli hadisəni əks etdirən görüntülər yayılıb.