-
- 4-03-2023, 12:49
- 279
Sabiq deputat 150 minlik avtomobilini satışa çıxardı
Sabiq deputat, iş adamı Nazim Bəydəmirli (Məmmədov) avtomobillərindən birini satışa çıxarıb.
News24.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində elan yerləşdirib. Keçmiş deputat bildirib ki, satışa çıxardığı “Mercedes Galendevagen” markalı avtomobilini təxminən 1 ay sürüb: “Komforta görə Lexus-dan geri qalır, ancaq dizel və mühərriki 3000 kub sm olduğundan qənaətcildir. İki CİP maşını saxlamaq biznes adamına yaraşmaz, müştəri ola biləcək adam müraciət edə bilər. 2015-ci il buraxılışı, 160 min km gedib, problemsizdir. Ödəniş köçürmə ilə də ola bilər, istəsəniz kreditdə də kömək edə bilərəm. Qiyməti avtomobil satış saytlarında analoji maşınlara qoyulmuş qiymətlərdən 5 min ucuz olacaq”.
Qeyd edək ki, N.Məmmədov 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Onun satışa çıxardığı avtomobilin bazar dəyəri hazırda 100-150 min manat arası dəyişir.
N.Məmmədov hazırda biznes və xeyriyyə fəaliyyəti ilə məşğul olur, həmçinin ictimai-siyasi həyatda aktiv iştirak edir.