Bakıda supermarketdə SİLAHLI ATIŞMA: 2 nəfər güllələndi, biri ÖLDÜ
    • 4-03-2023, 12:30
    • 383

Bakıda supermarketdə SİLAHLI ATIŞMA: 2 nəfər güllələndi, biri ÖLDÜ

Bakıda "Bravo" Supermarket Şəbəkəsində atışma olub.

News24.az xəbər verir ki, hadisə Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.

Hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.