-
- 4-03-2023, 13:50
- 354
Hipermarketə silahlı hücumda yaralananların vəziyyəti açıqlandı
Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən sorğusuna cavab olaraq bildirilib.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
1 nəfər hadisə yerində dünyasını dəyişib.