Daun sindromlu uğurlu kiçik biznesmen - FOTO
    • 31-01-2019, 16:18
    • 801

Daun sindromlu uğurlu kiçik biznesmen - FOTO

Amerikalı Mark Kronin və oğlu Con bir müddət əvvəl qarşılarına məqsəd qoymuşdular. Onların missiyası vardı...

Onlar “John’s Crazy Socks"/ "Conun dəlisov corabları” adı ilə corab istehsalına "Sadəcə xoşbəxtlik yaymaq” ideyası ilə başlayıblar. Lakin həmdə çoxlu corab satmağa nail olublar.

Ata və oğuldan ibarət komanda şirkətlərini 2016-cı ilin dekabr ayında Lonq-Aylend, Nyu-Yorkda yaradıblar. Hər şey yaxşı başladı və onlar satışın ilk gününü 452 cüt corabın satılması ilə başa vurdular. İlk günlərdən yüzlərlə cüt satılan corabların sayı, sonradan bir qədər də artdı. Nisbətən qısa zaman ərzində şirkət 4 milyon dollardan artıq gəlir əldə etdi, 35 adamı işə götürdü və tələbin öhdəsindən gəlmək üçün daha böyük məkana köçdü.

Con daimi sahibkar deyil. O, Daun sindromundan əziyyət çəkir. Amma bu, ona heç vaxt uğur qazanması üçün mane olmayıb.

Orta məktəbi bitirdikdən sonra Con qərara gəlib ki, iş adamı olmaq istəyir və atasından onunla şərik olmağı xahiş edib. Oğlu üçün iş tapmağın çətin olduğunu anlayan Mark buna razı olub. Onların ilk ideyası yemək satmaq üçün nəzərdə tutulmuş yük maşını idi. Lakin nə Con, nə də atası yemək bişirməyi bacarmadıqları üçün bu fikirdən daşınaraq, corab işinə başlamaq qərarına gəlirlər.

Con deyir: “Mən dəlisov corablar satmaq istəyirəm. Niyə corablar? Çünki bu həm əyləncəli, həm də rəngarəngdir. Mənim yaradıcı olmaqdan xoşum gəlir və möhtəşəm işlər görmək istəyirəm. Bu mənə özüm kimi olmağa kömək edir”!

Hazırladı: Səməd AĞAYEV