Polis iti medal alaraq təqaüdə çıxdı -FOTO
    • 16-06-2022, 11:30
    • 337

Polis iti medal alaraq təqaüdə çıxdı -FOTO

9 il polislə birgə xidmət edən və 18 itkin düşmüş şəxsin tapılmasında köməklik edən “Bulud” adlı axtarış-xilasetmə iti medal alaraq  təqaüdə çıxıb.

News24.az xəbər verir ki,  7 aylıq olarkən Jandarma Baş Komandanlığı tərəfindən axtarış-xilasetmə iti kimi yetişdirilən qızıl cins "Bulut"  itkin düşmüş vətəndaşların axtarışı və Jandarma Axtarış-Xilasetmə (JAK) qrupları ilə birlikdə müxtəlif xilasetmə tədbirlərində iştirak edib.

Mərasimdən sonra kəsilən tort “Bulud”a təqdim edilib.

10 yaşı tamam olduğu üçün təqaüdə çıxan "Bulut" ömrünün qalan hissəsini İl Jandarma Komandanlığında davam etdirəcək.