-
- 6-03-2023, 18:30
- 387
Bakıda hoteldən qovulub parkda yatan turisti qarət etdilər
Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun parkında İran vətəndaşı olan turistə qarşı soyğunçuluq etmiş Masallı sakini, 1987-ci il təvəllüdlü Fuad Abuşov həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, o, parkda otların üstündə uzanaraq yuxuya getmiş iranlı turist Ramin Tarinin pul kisəsini və telefonunu götürərək qaçıb. Yuxudan ayılan şəxs Fuadı saxlamağa çalışsa da, bacarmayıb. Hadisə barədə polisə məlumat verildikdən sonra F.Abuşov tutulub və barəsində soyğunçuluq (180-ci) maddəsi ilə cinayət işi açılıb.
Cinayətlə üzləşmiş iranlı turist ifadəsində deyib: “Bakıya turist kimi gəzməyə gəlmişdim. Bu müddətdə Yasamal ərazisində yerləşən “Like hotel”də yaşamışam. Bir müddət həmin hoteldə qaldım, oranın restoranda yeyib-içdim, amma sonradan pulum qurtardı və ora 2000 manata yaxın borcum yarandı.
Bu səbəbdən də sonradan məni hoteldən çıxardılar. Bundan sonra İran İslam Respublikasının səfirliyinə müraciət etdim, səfirlikdən mənə iki günlük “Premium" hoteldə yer ayrıldı, iki gün də orda qalıb çıxdım. Növbəti bir gecəni də aeroportda qaldım. Hadisə baş verən gün isə gecə təxminən saat 03:20 radələrində şəhəri gəzib Səməd Vurğun parkında yerləşən oturacağın arxasında yerə uzandım. Gec və yorğun olduğum üçün yuxuya getmişəm. Az sonra əl çantamın, içərisində 150 ABŞ dolları dəyərində qadın üzüyü olan pul kisəmin və dəyəri 150 manat olan “iPhone” markalı “M687” modelli mobil telefon aparatının tanımadığım şəxs tərəfindən götürüldüyünü gördüm. Onu tutmaq üçün arxasınca qaçsam da yaxalaya bilmədim. Bundan sonra polisə şikayət etdim”.
Nəsimi rayon Məhkəməsinin hökmü ilə soyğunçuluq etmiş Fuad Abuşov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh BAĞIROV