Elektron siqaret istifadə edənlərə bəd xəbər
Maraqlı
Elektron siqaret istifadəsi infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırır.
News24.az xəbər verir ki, elektron siqaret istifadəsi ilə ürək-damar xəstəlikləri arasındakı əlaqə geniş şəkildə təhlil edilib. Tədqiqat çərçivəsində infarktla bağlı 430 mindən çox, insultla bağlı isə 1 milyondan artıq iştirakçını əhatə edən 12 əvvəlki elmi araşdırmanın nəticələri qiymətləndirilib.
Nəticələr göstərib ki, elektron siqaret istifadə edən şəxslərdə infarkt keçirmə riski bu məhsullardan istifadə etməyənlərlə müqayisədə 53 faiz daha yüksəkdir. Xüsusilə əvvəllər adi siqaret çəkmiş və sonradan elektron siqaretə keçən şəxslərdə riskin daha da artdığı müəyyən olunub.
Araşdırmaya əsasən, əvvəllər siqaret çəkən və hazırda elektron siqaret istifadə edən şəxslərdə insult riski siqaret çəkməyənlərlə müqayisədə 73 faiz yüksəkdir. Tədqiqatçılar bildiriblər ki, bu nəticələr elektron siqaretlərin zərərsiz alternativ kimi təqdim edilməsinin yanlış olduğunu göstərir.