Diqqət: Bunu etmək depressiyaya salırmış
Maraqlı
Günəş işığının azalması “qış depressiyası” kimi tanınan mövsümi depressiyanın əsas səbəblərindən biridir.
News24.az-ın məlumatına görə, bu barədə ruhi sağlamlıq və xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Hasan Belli məlumat paylaşıb. O bildirib ki, günəş işığının azalması beyində əhval-ruhiyyəni, yuxunu və iştahanı tənzimləyən serotonin və melatonin hormonlarının balansını pozur.
Mütəxəssis mövsümi depressiyadan qorunmaq üçün günəş işığından maksimum istifadə etməyi, açıq havada gəzintiləri, fiziki aktivliyi, balanslı qidalanmanı və yuxu rejiminin qorunmasını tövsiyə edib.
O qeyd edib ki, mövsümi depressiya əsasən payız və qış aylarında müşahidə olunur və “qış depressiyası” onun ən çox rast gəlinən formasıdır.