-
- 1-02-2019, 10:22
- 1 185
Babək prospektində maşın çuxura düşdü - FOTOLAR
Babək prospektində yenidən asfalt örtüyü çöküb.
Hadisə bu gün axşam saatlarında baş verib.
Yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb. Sürücünün səhhəti barədə məlumat yoxdur.
Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.
Əldə etdiyimiz məlumata görə, yolda yaranmış dərin çuxurun səbəbi təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, yolu təmir üçün müvafiq qurumlardan biri qazıb, amma başa çatdırmadıqları üçün dərin çuxurun üstü açıq qalıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektində qazılmış çuxurla bağlı açıqlama verib. Bildirib ki, qazıntı işləri ərazidən keçən magistral su kəmərində problem yarandığı üçün aparılıb:
“Babək prospektinin köməkçi yolunda su sızması baş vermişdi. Qəzanın aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən qazıntı işlərinə başlanılıb. Məndə olan məlumata görə, təhlükəsizlik tədbirləri görülüb. Sadəcə olaraq qabaqdan gələn maşın nişanları aşırıb, ikinci maşın isə çuxura düşüb”.
Xatırladaq ki, 99-CA-956 dövlət nömrə nişanlı “Mercedes” ötən axşam prospektdə qazılmış çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb.
//Qafqazinfo.az