-
- 7-03-2023, 09:19
- 371
Zəngəzur dəhlizi addım-addım reallaşır
Azərbaycan 44 günlük vətən müdafiəsindən sonra 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etdi. Tarixi şəhərlər dirçəlməyə başladı, yeni yollar çəkildi. Azərbaycan avtomobil və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz ərazisində başladığı layihələri intensiv şəkildə davam etdirir.
News24.az xəbər verir ki, bu barədə “TRT Haber”in hazırladığı məqalədə qeyd olunub.
Bildirilir ki, Qarabağ qələbəsindən sonra Azərbaycanın diqqət yetirdiyi ilk məsələlərdən biri illərdir baxımsız qalmış şəhərlərin dirçəldilməsi oldu.
Bundan əlavə, 30 ildir ki, durğunluq yaşayan rayon iqtisadiyyatının dirçəldilməsi də mühüm prioritetlərdən biri olub. Hazırda Azərbaycan kifayət qədər sürətlə inkişaf edib. Bölgə üçün son dərəcə əhəmiyyətli olan Zəngilan Hava Limanı prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə istifadəyə verilib. Azərbaycan Zəngəzur dəhlizi üçün çox vacib olan magistral yol işlərinin əksəriyyətini başa çatdırıb. Horadiz, Cəbrayıl, Zəngilan və Ağbənd arasındakı avtomobil yolunun artıq istifadəyə verilməsi üçün günlər sayılır. Mütəxəssislər deyirlər ki, sözügedən avtomobil yolu Zəngəzur dəhlizi üçün həyati əhəmiyyət kəsb edir.
Həmçinin məqalədə qeyd edilir ki, Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi bölgənin iqtisadi və nəqliyyat əlaqələrində maneələri aradan qaldıracaq. Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında birbaşa quru əlaqəsinin olmaması Bakı üçün həmişə çətinliklər yaradıb. Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti ilə imzalanan atəşkəsin 9-cu maddəsi regionda yaradılacaq nəqliyyat dəhlizləri ilə bağlı idi.
Zəngəzur dəhlizi ilə bölgənin iqtisadi və nəqliyyat əlaqələrində olan maneələr aradan qaldırılacaq. Ermənistan hər iki istiqamətdə vətəndaşların, avtonəqliyyat vasitələrinin və yük nəqliyyat vasitələrinin hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərbindəki rayonlarla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Nəqliyyat rabitəsinə nəzarət də Rusiya Sərhəd Mühafizə Xidmətinin qurumları tərəfindən həyata keçiriləcək. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat kommunikasiyaları şəbəkələri qurulacaq.
Azərbaycan avtomobil və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz ərazisində sürətlə başladığı layihələri intensiv şəkildə davam etdirir. Zəngəzur dəhlizi Ankara ilə Bakı arasında məsafəni qısadacaq. Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmir yolu inşa ediləcək.
Aynurə