-
- 19-12-2022, 14:33
- 456
"Rusiya dəhlizi Azərbaycanın əliylə açmaq istəyir" - Ərəstun Oruclu
"Ukraynada öz geosiyasi maraqlarına nail ola bilməyən Rusiyanın alternativlərə marağı və diqqəti artır. Bu alternativlərdən biri də cənuba çıxış əldə etmək üçün Zəngəzur dəhlizinin açılmasıdır".
Bu fikirləri News24.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq əlavə edib ki, Rusiya Zəngəzur dəhlizinin açılmasını Azərbaycanın əliylə həyata keçirməyə çalışır:
"Bu günlərdə Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2024-cü ilə hazır olacaq. Bununla da faktiki olaraq Rusiyaya mesaj verildi ki, biz yalnız öz hissəmizə cavabdehik. Digər tərəfdən, Türkiyənin Müdafiə naziri Hulusi Akar da bildirdi ki, Zəngəzur dəhlizi açılanadək Türkiyə qoşunları Azərbaycan ərazisində qalacaq. Yəni, Rusiya Zəngəzur dəhlizini açmaq üçün mütləq Azərbaycan ərazisindən keçməlidir. Çünki Azərbaycan ərazisindən daşımalar olmadığı halda Zəngəzur dəhlizinin əhəmiyyəti olmur. Bu bəyanatlar göstərdi ki, Azərbaycan və Türkiyə Rusiyanın planında iştirak etməkdə meyilli deyil. Və dəhlizlə bağlı Rusiyaya çox konkret mesajlar verildi. Ona görə də düşünmürəm ki, Rusiya indiki vəziyyətində cənubda ikinci cəbhə açsın, çünki bu, ona heç nə verməyəcək".
Aynurə