-
- 7-03-2023, 10:15
- 270
Sürücülük vəsiqəsi olmadan sərnişin daşıdı, həbs edildi
Masallıda sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən şəxs tutulub.
News24.az DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunaa istinadən xəbər verir ki, Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün yol polisi tərəfindən saxlanılıb.
Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.