"Azərbaycan Qarabağ məsələsini 2025-ci ilə qədər həll edəcək” - Ohancanyan
    • 7-03-2023, 12:55
    • 215

"Azərbaycan Qarabağ məsələsini 2025-ci ilə qədər həll edəcək” - Ohancanyan

“Ukraynada baş verən son hadisələr Rusiyanın xeyrinə deyil".

News24.az xəbər verir ki, bunu erməni politoloq Karen Ohancanyan deyib. Onun sözlərinə görə, Rusiya artıq Cənubi Qafqazda hər hansı mühüm rol oynamağı dayandırır:

"Ukraynada rus qoşunları acınacaqlı vəziyyətə düşüb, hətta strateji problemləri də həll edə bilmir. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu, Azərbaycanı Qarabağ məsələsini 2025-ci ilə qədər, yəni Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarının səlahiyyət müddəti formal olaraq başa çatana qədər tez həll etməyə sövq edir. Rusiya hiss etməlidir ki, onun fəaliyyətsizliyinə son qoymaq olar. Təbii ki, Rusiyanın Qarabağda əbədi qalmaq ambisiyaları baş tutmayacaq”.

Aynurə