Ermənilərin Qarabağda məskunlaşdığı ərazilərə qarşı güc tətbiq etmək planımız yoxdur - PREZİDENT
    • 13-04-2021, 11:43
    • 479

Ermənilərin Qarabağda məskunlaşdığı ərazilərə qarşı güc tətbiq etmək planımız yoxdur - PREZİDENT

“Ermənilərin Qarabağda məskunlaşdığı ərazilərə qarşı güc tətbiq etmək planımız yoxdur. Dediyim kimi, Qarabağ münaqişəsi bitib, həll olunub”.

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik: “Bizim bu günə qədər göstərdiyimiz humanitar yardımlar və logistik dəstək də bu niyyətimizi göstərir”.