“Mingəçevir” futbol komandası qəzaya uğradı - Xəsarət alanlar var
    • 7-03-2023, 14:41
    • 154

“Mingəçevir” futbol komandası qəzaya uğradı - Xəsarət alanlar var

“Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, xəsarət alanlar avtobusun və yük maşınının sürücüləridir. 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəstəxanaya yerləşdirilib.

***
13.59
Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

News24.az xəbər verir ki,  PFL-dən apasport.az saytına verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.