Zelenski Gürcüstandakı nümayişçilərə təşəkkür etdi
    • 9-03-2023, 10:46
    • 216

Zelenski Gürcüstandakı nümayişçilərə təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanda baş verən hadisələrə münasibət bildirib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski Gürcüstan küçələrində Ukrayna bayrağını daşıyan hər kəsə təşəkkür edib.

Xatırladaq ki, Gürcüstanda mətbuat azadlığını məhdudlaşdıracağı və qeyri-hökumət təşkilatlarını sıxışdıracağı ilə bağlı tənqidlərə səbəb olan “Xarici agentlər haqqında” qanuna qarşı nümayişlər ikinci gün də davam edir.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də sosial media hesabında nümayişlərlə bağlı açıqlama verib. Ukrayna ilə yanaşı Gürcüstanı da Avropa İttifaqında (Aİ) görmək istədiklərini deyən Zelenski: "Biz Gürcüstan və Moldovanın Avropa Birliyində olmasını istəyirik və əminəm ki, olacaqlar"- deyib.

Qumral Əliyeva