"Rusiyanın hücumları cavabsız qalmayacaq" - Zelenski
    • 3-02-2023, 10:18
    • 249

"Rusiyanın hücumları cavabsız qalmayacaq" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski gecə saatlarında yayımladığı videomüraciətində Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən son hadisələri dəyərləndirib.

News24.az
xəbər verir ki, Zelenski Rusiyanın ölkəsinə qarşı hücumlarını cavabsız qoymayacaqlarını açıqlayıb.

Rusiya ordusunun ölkəsinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən Ukrayna başçısı beynəlxalq arenada Rusiyaya qarşı məhdudiyyətlərin artırılmasının lazım olduğunu vurğulayıb. 

Kiyevdə Ukrayna-Avropa İttifaqı Sammitinin keçiriləcəyini xatırladan V.Zelenski sammitdə ölkəsi üçün son dərəcə vacib məsələlərin müzakirə olunacağını qeyd edib. /Haber Global/