-
- 9-03-2023, 11:18
- 279
Azərbaycanlı gənc İrana gedib yoxa çıxdı - FOTO
Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Səfərli Fərid Qabil oğlunun İranda itkin düşüb.
News24.az xəbər verir ki, bu barədə onun anası Əskərova Dilarə özünün “Facebook” profilində paylaşım edib.
O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb:
“Fərid ADA Universitetinin İqtisadiyyat fakültəsinin, eyni zamanda Friedrich-Schiller-Universität Jena Universitetinin BWL ixtisası üzrə magistr dərəcəli məzunudur. Bir müddət əvvəl İran vətəndaşı olan və kimliyi bizə bəlli olmayan, Jena şəhərinə praktika üçün gəlmiş bir xanımla tanış olub, daha sonra İrana səfər edib. Fevralın 20-də İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur. Bu barədə heç kimə məlumat vermədiyi üçün dəqiq məlumatımız yoxdur”.
Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb:
“5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə artıq araşdırma aparılır, məlumat veriləcək.