NASA-dan ŞOK XƏBƏRDARLIQ - Nəhəng meteorit Yerə çırpıla bilər - TARİX AÇIQLANDI
    • 9-03-2023, 17:31
    • 1 379

NASA-dan ŞOK XƏBƏRDARLIQ - Nəhəng meteorit Yerə çırpıla bilər - TARİX AÇIQLANDI

Elm dünyası 2023 DW adlı nəhəng meteoritdən danışır. İlk dəfə fevralın 27-də aşkar edilən 2023 DW adlandırılan asteroidin diametrinin təxminən 50 metr olduğu təxmin edilir.

News24.az xəbər verir ki, asteroidi diqqətlə araşdıran ABŞ Kosmik və Aviasiya İdarəsindən (NASA) kritik xəbərdarlıq gəlib.
Agentliyin Yerlə toqquşma ehtimalı sıfırdan çox olan kosmik obyektləri ehtiva edən risk siyahısında 2023 DW birinci yerdədir. Asteroid Turin şkalası üzrə 1 bal toplayan yeganə meteorit kimi seçilir.

“New York Post” qəzetində yer alan xəbərə görə, sözügedən asteroid 23 il sonra Sevgililər Günündə Yer kürəsinə çırpıla bilər. Onun 14 fevral 2046-cı ildə Yerə çox yaxınlaşacağı gözlənilir.
6409a2534e3fe02554bc6065.jpg (63 KB)
NASA-nın Planet Müdafiə Koordinasiya Ofisinin rəsmilərinə görə, 2023 DW-nin planetimizə düşmə ehtimalı 600-də 1-dir. Avropa Kosmik Agentliyinin (ESA) Yerə Yaxın Obyektlər üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, ehtimal 625-də 1-dir.

Risk olduğunu bildirən ekspertlər buna baxmayaraq, bu ehtimalın kifayət qədər aşağı olduğunu vurğulayırlar.
Qeyd edək ki, "Double Asteroid Redirection Test" - DART missiyası NASA-nın bu asteroidlərə qarşı müdafiə axtarışları nəticəsində yaradılıb. Keçən il ilk dəfə planetin müdafiə sistemini sınaqdan keçirən NASA DART ilə asteroidin istiqamətini dəyişməyi bacarıb. "Yerin xilası layihəsi" olaraq tanınan DART ilə NASA bəşər tarixində ilk dəfə bir asteroidi təbii orbitindən çıxarıb.

330 milyon dollarlıq missiya Yerin meteor zərbəsi nəticəsində məhv olmasının qarşısını almaq üçün 7 ildir inkişaf etdirilən NASA-nın planetar mühafizə sisteminin ilk sınağıdır.//musavat.com