Metronun Əcəmi stansiyasında işıqlar söndü- VİDEO- Yeniləndi
    • 9-03-2023, 22:34
    • 151

Metronun Əcəmi stansiyasında işıqlar söndü- VİDEO- Yeniləndi

Xəbər verdiyimiz kimi, metronun "Memar Əcəmi" stansiyasında işıqlar sönüb.

Bakı Metropolitenindən verilən məlumata görə, Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim məşq oyunu keçirilir. Tematik məşq elektrik enerjisinin verilmesinin tam məhdudlaşdırılması şəraitində Bənövşəyi xəttin stansiyaları və "Xocəsən" elektrik deposunda qatarlarin hərəkəti, eskalatorların, eləcə də digər mühəndis-texniki qurğu və avadanlıqların dizel- generatorlar vasitəsilə fəaliyyətininin yoxlanılmasıdır.

***
Metronun "Memar Əcəmi" stansiyasında işıqlar sönüb.

News24.az
xəbər verir ki, təxminən saat 22.13-də metronun Əcəmi stansiyasının Avtoğagzal stansiyasına keçidində işıqlar bir neçə dəfə sönüb-yanıb.
15 dəqiqəyədək qatar gözləyən sərnişinlər elektrik enerjisinin qəfil kəsintisindən narahatlıq keçiriblər.