"Məzarı ziyarət təxirə salınsın" - Hacı Şahinin ailəsindən müraciət
    • 9-03-2023, 22:45
    • 512

"Məzarı ziyarət təxirə salınsın" - Hacı Şahinin ailəsindən müraciət

Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır. 

News24.az xəbər verir ki, bununla bağlı ilahiyatçının feysbuk səhifəsində paylaşım edilib.

Paylaşımda bildirilib: "Bu səbəbdən Hacı Şahinin ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarət təxirə salınsın. “Anlayışla qarşıladığınız üçün hər birinizə təşəkkür edirik”.