Azərbaycan Ordusunun atəşkəsi pozması xəbəri yalandır - MN

Azərbaycan Ordusunun atəşkəsi pozması xəbəri yalandır - MN Hadisə
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik” – Nazirlik bildirib.