Qaxda 34 yaşlı kişi dərmandan zəhərləndi
    • 10-03-2023, 09:58
    • 191

Qaxda 34 yaşlı kişi dərmandan zəhərləndi

Qax rayonunda 34 yaşlı kişi dərmandan zəhərlənib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 9-da rayonun Armudlu kəndində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elşən Kərimov dərman qəbul edərkən halı pisləşib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Araşdırma aparılır.