FHN erməni terrorundan zərər görənlərə psixoloji yardımı davam etdirir
    • 10-03-2023, 10:34
    • 183

FHN erməni terrorundan zərər görənlərə psixoloji yardımı davam etdirir

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, həmçinin şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından bir qrup peşəkar psixoterapevt ölkəmizə dəvət edilib və FHN-in psixoloqları ilə birgə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, bunun davamı olaraq yenidən FHN-nin dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn 20 nəfərdən artıq mütəxəssis nazirliyin psixoloqları ilə birlikdə Bakı və Naxçıvan şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların reabilitasiyasını həyata keçirir. Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsi ilə qeydiyyata yazıla bilərlər.