Türkiyəli psixoloqlar Gəncə və Bərdədə də işə başladılar - Video
    • 18-02-2021, 15:46
    • 559

Türkiyəli psixoloqlar Gəncə və Bərdədə də işə başladılar - Video

Fevralın 26-dan etibarən Türkiyədən olan psixoloq mütəxəssislərin iştirakı ilə  Bakı şəhəri ilə yanaşı Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşların psixoloji reabilitasiyası işinə başlanılacaq. 

News24.az xəbər verir ki, bu regionlarda yaşayan vətəndaşlar qeydiyyat üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edə bilərlər.

Psixoloq mütəxəssislərin qəbulu ödənişsiz həyata keçirilir.

Xatırladaq ki, FHN-in dəvəti ilə Türkiyədən bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəyə gəlib və artıq bir aya yaxındır ki, nazirliyin psixoloqları ilə birgə paytaxtda çalışırlar.