Dünyanın ən güclü klubları: “Qarabağ” yeddi pillə irəlilədi
    • 10-03-2023, 12:11
    • 171

Dünyanın ən güclü klubları: “Qarabağ” yeddi pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

News24.az xəbər verir ki, qurumun saytının yaydığı məlumata görə, 307 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” da var. Ağdam klubu 149 xalla 62-cidir. “Atlıllar” fevral ayı ilə müqayisədə 7 pillə irəliləyib.

Siyahının ilk pilləsində Braziliyanın “Flamenqo” klubu qərarlaşıb (313 xal). Madrid “Real”ı 308 xalla 2-cidir, digər Braziliya təmsilçisi “Palmeyras” 263 xalla ilk “3-lüy”ü qapayır.