Nazir onları müşavir vəzifəsinə təyin etdi
    • 10-03-2023, 13:00
    • 332

Nazir onları müşavir vəzifəsinə təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədrinə yeni müşavirlər təyin edilib. 

News24.az xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Fuad Mehdizadə vəzifəsindən azad olunaraq, sədrin müşaviri təyin olunub. 

Peşə hazırlığı departamentinin müdiri isə Rəsulova Mehriban Mehman qızı təyin edilib.

Nazirin digər əmri ilə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri Səftər Rəhimli də Dövlət Məşğulluq Agentliyi sədrinin müşaviri təyin olunub.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin sədrinin müşavirlərinin sayı 5, köməkçilərin sayı isə 2 nəfərdir.