"Oksananın saat yarımlıq “mühazirəsi” belə baş tutdu"
    • 10-03-2023, 13:28
    • 245

"Oksananın saat yarımlıq “mühazirəsi” belə baş tutdu"

Prime Tv-nin rəhbəri Aygün Muradxanlı müğənni Oksana Rəsulovanın Naxçıvan Universitetində baş tutan görüşü sərt tənqid edib.

News24.az xəbər verir ki, o, feysbuk sosial şəbəkəsində bunları yazıb:

"Oksana Rəsulovanın Naxçıvan Universitetində saat yarımlıq “mühazirəsi” belə baş tutub - Bakıdan Qərb təhsilli yüksək vəzifəli məmur Naxçıvan Universitetinin rektoru Anar Kazımova deyib ki, orientalistika ilə bağlı mühazirə təşkil etsəniz yaxşı olar. Anar Kazımov da ”yüksək rəhbərlik”dən gələn orientalistika təklifini “oriental rəqs” kimi anlayıb və “Aksananı” universitetə dəvət edib. Görəsən, bədii hissə rektorun kabinetində olub, auditoriyada, yoxsa səhnədə?”

Aynurə