Qəbələ sakini dəm qazından boğularaq öldü
    • 10-03-2023, 13:31
    • 175

Qəbələ sakini dəm qazından boğularaq öldü

Qəbələ rayon sakini dəm qazından boğularaq ölüb.

News24.az xəbər verir ki, hadisə Goranboy rayonunda baş verib.

Qəbələnin Böyük Pirəlli kənd sakini, 1994-cü il təvəllüdlü Maqsud Yulət oğlu Əliyev Goranboy rayonunda müvəqqəti məskunlaşdığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.

Maqsud Əliyev Vətən müharibəsinin iştirakçısı olub. O, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində gözündən yaralanıb.

O, ailəli olub, iki övladı var.
Hadisə zamanı Maqsud Əliyevin ailə üzvləri Qəbələdə olub.