Bir ailənin iki üzvü dəm qazından boğularaq ÖLDÜ

Bir ailənin iki üzvü dəm qazından boğularaq ÖLDÜ
HADİSƏ

25-11-2021, 13:30

Mətn ölçüsü

Bərdədə bir ailənin iki üzvü dəm qazından boğularaq ölüb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində baş verib.

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.