-
- 10-03-2023, 14:12
- 419
Efirdə Nigarın mikrofonu susduruldu
Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Tetarından qalmaqallı ayrılması haqda danışıb.
News24.az xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində açıqlama verib. Lakin proqramda Nigarın çıxışı zamanı bir neçə saniyə mikrofonu susdurulub:
“Məsələ çox böyümüşdü. İstəmirəm danışmaq. Xoşagəlməz nüanslar oldu. Operaları da, muğamları da, xanəndəlikləri də sağlıqlarına qismət olsun. Ondan sonra çox küsdüm. Təbii ki, muğamdan küsə bilmərəm, nə qazanmışamsa, dünyanın yarısını gəzmişəmsə, böyük səhnələrə çıxmışamsa, o da muğam sayəsindədir.
Amma “dayan” dedim. Çünki savaşmaq istəmədim. Mübarizə aparsam, başım ona qarşıacaqdı, sənət unudulacaqdı. Bilirlər ki, Nigar necə xanəndədir. Müsabiqələrdə iştirak edənlər dəfələrlə eyni ladda muğam oxuyublar. Nigar elə dəstgahlar ifa edib ki, hər xanəndənin cəsarəti deyil ki, səsi ora çatdırsın. Xanəndələr də Nigarın səsini yaxşı bilirlər. Sağ olsunlar, elə küsdürdülər ki... Amma çağırsalar, getmərəm. Operaya qayıtmaram”.//olay.az