-
- 10-03-2023, 18:44
- 257
"Azərbaycan Qərblə Şərq arasında mədəni körpü qurulmasına töhfə verir" - İlham Əliyev
Azərbaycan Qərblə Şərq arasında mədəni körpü qurulması işinə töhfə verir, mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.
News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edərkən deyib.
Gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, multikultural dövlət olan Azərbaycanda tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar. Bununla da, Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır.
X Qlobal Bakı Forumunun önəminə toxunan Prezident İlham Əliyev çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin, digər nümayəndələrin burada iştirakını tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirib.