Lukaşenko İrana gedir
    • 10-03-2023, 22:01
    • 285

Lukaşenko İrana gedir

Belarus Prezidenti Aleksandr Lukaşenko İrana səfər edəcək.

Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər martın 12-13-də baş tutacaq.

Lukaşenkonun Tehranda İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacağı qeyd olunub. Əsas mövzu ikitərəfli münasibətlər və ticarət-iqtisadi əməkdaşlıq olacaq. Prezidentlər təkbətək və geniş tərkibdə görüşlər keçiriləcəklər.

Danışıqların yekununda bir sıra sənədlərin imzalanması gözlənilir. /APA/