Putin İrana gedir
    • 12-07-2022, 12:29
    • 233

Putin İrana gedir

Rusiya Prezidenti Vladimir Putinin İrana səfər edəcək.

News24.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentindən məlumat verilib.

Məlumata görə, gələn həftə baş tutması nəzərdə tutulan səfərdə İranla Rusiyanın iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Tehranda keçiriləcək görüşdə Putinin iranlı həmkarı İbrahim Rəisi ilə təkbətək görüş keçirəcəyi gözlənilir.