Türkiyədə zəlzələdə itkin düşən 2 nəfərdən hələ də məlumat yoxdur
    • 11-03-2023, 11:00
    • 176

Türkiyədə zəlzələdə itkin düşən 2 nəfərdən hələ də məlumat yoxdur

"İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir".

Bu barədə News24.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib. Bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub.