-
- 1-02-2019, 16:37
- 1 258
Fərid Şahbazlı: "Azərbaycan gəncliyi daim dövlətin yanındadır"
"Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən mükəmməl dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin mahiyyətində gəncliyi dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün gənclər hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində yaxından iştirak edirlər”.
Bu fikirləri "İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı 2 fevral Gənclər Günü ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, Gənclər Gününün təsis edilməsi ulu öndərin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. F.Şahbazlı bildirdi ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı. O cümlədən gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi: "Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir”.
İGİB sədrinin sözlərinə görə, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və rayonlarda "Gənclər evi”nin, "Gənclər mərkəzi”nin istifadəyə verilməsi gəncliyin uğurlu gələcəyinə hesablanıb. Məqsəd gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkilidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
F.Şahbazlı dövlət proqramlarından ətraflı danışaraq dedi: "Xüsusilə qeyd etmək istərdim ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ölkə rəhbərliyinin gənclərin təhsilinə və intellektual kadrlar kimi yetişməsinə göstərdiyi böyük diqqətin nəticəsidir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı isə ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi məsələlərin həllini nəzərdə tuturdu və qeyd olunan dövrdə proqramın icrası uğurla təmin edildi. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə Gənclər üçün Prezident mükafatının təsis edilməsidir. Hazırda "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı icra olunur. Bu sənəd Azərbaycanda gənclər siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına yol açıb. Proqramın məqsədi gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə dəstək vermək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını təşviq etmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir”.
Heydər Əliyev Fondu tərəfindən də gənclərlə bağlı layihələr həyata keçirilir. Bu barədə danışan F.Şahbazlı dedi ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatı baxımından əhəmiyyət kəsb edir. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Həmsöhbətim yekunda qeyd etdi ki, gənc nəsil ona bəslənən etimadı hər zaman doğruldacaq: "Gəncliyimizin inkişafına yönələn bu siyasət gənc nəslin inkişafına layiqincə şərait yaradır. Təcrübə göstərir ki, Azərbaycanın gənclər siyasəti dünya miqyasında böyük təqdirlə qarşılanır və öyrənilir. Ona göstərilən diqqəti yüksək qiymətləndirən Azərbaycan gəncliyi isə daim dövlətin yanındadır. Gənclər bundan sonra da öz əməlləri ilə onlara göstərilən etimadı doğruldacaqlar”.
//"Azərbaycan" qəzeti