-
- 11-03-2023, 20:15
- 211
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 47 975 nəfərə çatıb
Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 975 nəfərə çatıb.
News24.az xəbər verir ki, bunu Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.
Onun sözlərinə görə, ölənlərin 6 278-i əcnəbidir: "Son məlumata əsasən 935 722 şəxs isə zəlzələ bölgəsindən təxliyə edilib. Fəlakət bölgələrində 3 000-dən çox xilasedici mütəxəssis qalıb və işlərini davam etdirir. Bölgədə təkrarlanan yeraltı təkanlar hələ də davam edir. Ona görə də xilasetmə qruplarını hazır saxlayırıq. Digər ölkələrdən olan daha 300-ə yaxın xilasedici də orada qalıb".
Y. Sezer əlavə edib ki, zəlzələlərdən sonra ümumilikdə 16 minə yaxın afterşok qeydə alınıb, lakin son 10 gündə onların intensivliyi azalıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.