Yevlax sakini arvadını, qayınanasını və onun qardaşını bıçaqlayıb
    • 11-03-2023, 20:28
    • 216

Yevlax sakini arvadını, qayınanasını və onun qardaşını bıçaqlayıb

Yevlax rayonunda bir ailənin üç üzvünün bıçaqlanması ilə bağlı bəzi məqamlar məlum olub.

News24.az APA-ya istinadla xəbər verir ki, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.