Fransa polisi aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib
    • 11-03-2023, 21:57
    • 263

Fransa polisi aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Parisdə pensiya islahatına qarşı keçirilən aksiyada polis gözyaşardıcı qazdan istifadə edib.

News24.az TASS-a istinadla xəbər verir ki, etiraz yürüşünün son nöqtəsi olan Millət Meydanı (Place de Nation – müəl.) yaxınlığında polislə genişmiqyaslı toqquşmalar baş verib.

Aksiyaçılar polisə daş və butulka atıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib. Həbs edilənlərin sayı məlum deyil.

Kommunal təsərrüfat işçilərinin tətili isə vəziyyəti daha da ağırlaşdırıb. Parisdə 5 000 tondan çox tullantı daşınmayıb.